[:az]Yanvarın 29-da Xəzər Universitetinin, “Vienna Art Center”in və “Yves Rocher” Fransa şirkətinin birgə dəstəyi ilə 2 fevral-Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Xəzər Universitetinin “Neftçilər” korpusunda Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət “Kompromis” adlı sərgi açıldı. Sərginin məqsədi gənc rəssamların istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır. Sərginin açılış mərasimində Xəzər  Universitetinin əməkdaşları, tələbələri, “Dünya” məktəbinin şagirdləri, əsərləri sərgidə nümayiş etdirilən rəssamlar, rəssamlar ittifaqının nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri – Heydər Şivə Qubeyşi əl-Barrak (İraq), Mixal Labenda (Polşa), Rafael Harpas (İsrail), Silvia Mayer-Kaybiç (Avstriya), bir sıra səfirliklərin nümayəndələri və digər qonaqlar iştirak edirdilər. Açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, millət vəkili Sədaqət  Vəliyeva, Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç çıxış edərək, sərginin əhəmiyyətindən danışdılar. Sonra iştirakçı rəssamlara sertifikatlar, molbertlər, sərginin kataloqu və Fransanın “Yves Rocher” şirkətinin hədiyyələri təqdim olundu. Eyni zamanda, 2012-ci il fevralın 5-dən 12-dək Azərbaycanın gənc rəssamlarının Vyana şəhərində keçirilmiş sərgisinə verdiyi dəstəyə görə Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən sertifikat-plaketlə mükafatlandırıldı. Sərgidə 16 rəssamın 64 əl işi nümayiş etdirilirdi. Onlardan Safranda Abdullayevanın “Gül-Drakon”, Aysel Qaralovanın “Milli Fantaziya”, Nigar Gurbanovanın “Düşüncə”, Bəhruz Quliyevin “Zeynəddin mənzərəsi”, Tural Həsənlinin “Çiçəkli Batabat”, Çinarə Rüstəmlinin “Narlar”, Sabit Zamanovun “Ailə yükü”, Günay Bəylərovanın “Keçmişin izləri”, Nərmin Şərifovanın “Fantaziya”, İnarə Əliyevanın “Dekor-obstrakt”, Neman Abdullayevin “Kəpənəklər”, Bəhriyyə Əliyevanın “Qəfəs”, Leyla Babayevanın “Balerina”, Samidə Haciyevanın “Ekibana”, Azər Əliyevin “Həvvanın doğulması” və Azər Əsədovun “Azərbaycanın döyünən ürəyi” adlı əsərləri xüsusilə qeyd etmək olar. Nümayiş olunan əsərlər rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edirdi. Sərgi üç gün davam etmişdir.[:en]On January 29th, in connection with Azerbaijani Youth Day (February 2nd), the “Dirchelish” Youth Social-Psychological Rehabilitation Centre held an exhibition entitled “Compromise” consisting of works by young artists at Khazar University’s Neftchiler campus with the joint support of Khazar University, “Vienna Art Center” and the French company “Yves Rocher.” The aim of the exhibition is to demonstrate young artists’ talents and create opportunities for the expansion of their creative possibilities. Employees and students of Khazar University, students of “Dunya” School, artists whose works were displayed at the exhibition, representatives of the Artists’ Union, MPs, ambassadors of foreign countries– including Heydar Shiya Gubeysi al-Barrak (Iraq), Michael Lebenda (Poland), Rafael Harpas (Israel), and Sylvia Meier-Kajbic (Austria)–and representatives of a number of embassies and other guests participated in the opening ceremony. Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli; director of the “Dirchelish” Youth Social-Psychological Rehabilitation Center, Islam Baxshaliyev; secretary of the Union of Artists Aghali Ibragimov; MP Sedaqet Veliyeva;  and Austrian ambassador Sylvia Meier-Kajbic made presentations and spoke about the importance of the exhibition at the opening ceremony. Then certificates, easels, exhibition catalogs, and gifts from “Yves Rocher” France were presented to the artists. At the same time, Austrian Ambassador to Azerbaijan, Sylvia Meier-Kajbic, presented plaques from “Dirchelish” Youth Social-Psychological Rehabilitation Center  young artists participating in an exhibition held in Vienna from 5 to 12 February 2012. The works displayed included Safranda Abdullayeva’s “Gül-Drakon”, Aysel Qaralova’s “Milli Fantaziya”, Nigar Gurbanova’s “Düşüncə”, Behruz Guliyev’s “Zeynəddin mənzərəsi”, Tural Hasanli’s “Çiçəkli Batabat”, Chinare Rustamli’s “Narlar”, Sabit Zamanov’s “Ailə yükü”, Gunay Beylerova’s “Keçmişin izləri”, Nərmin Sherifova’s “Fantaziya”, İnare Aliyeva’s “Dekor-obstrakt”, Neman Abdullayev’s “Kəpənəklər”, Behriyye Aliyeva’s “Qəfəs”, Leyla Babayeva’s “Balerina”, Samide Hajiyeva’s “Ekibana”, Azer Aliyev’s “Həvvanın doğulması” and Azer Asadov’s “Azərbaycanın döyünən ürəyi.” The works were done in various media of painting and graphics. The exhibition will last for three days.

[:]