[:az]Yanvarın 30-da Xəzər Universitetində “Xəzər Xəbər” jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayevin 70 illik yubileyi keçirildi. İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli yubiley tədbirini açaraq, Ə.Balayevin həyat və yaradıcılığı haqqında danışmaq üçün sözü universitetin Qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlıya verdi. İ.İsaxanlı yubilyarın həyat və fəaliyyəti haqqında geniş məlumat verərək, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı tərəfindən imzalanan təbrik məktubunu oxudu. H.İsaxanlı mərasimdə çıxış edərək, Ə. Balayevin universitet mətbuatındakı fəaliyyətini yüksək qiymətləndirdi, təbrik məktubunu, universitet kollektivi adından xatirə hədiyyəsini və gül dəstəsini ona təqdim etdi.
İdarəetmə və tələbə işləri üzrə prorektor professor Rafiq Əhmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Cabir Xəlilov və digər əməkdaşlar Ə. Balayevin fəaliyyətinin müxtəlif cəhətlərindən danışdılar, yubilyarı ürəkdən təbrik etdilər. Mərasim Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə konsert proqramı ilə müşayiət olundu.
Sonda Ə. Balayev çıxış edərək, mərasimin təşkilinə görə universitet rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirdi.[:en]On January 30, a jubilee celebration was held at Khazar University on the occasion of the 70th birthday of the chief editor of “Xəzər Xəbər” (Khazar View) magazine, Honoured journalist Alirza Balayev. Director of Public Relations and Media, Alovsat Amirbeyli, opened the Jubilee ceremony and then passed the floor to the Head of the Department of Student Admissions, Isakhan Isakhanli, to talk about the life and activities of A. Balayev. Giving detailed information about his life and activity, I. Isaxanli read a congratulatory letter signed by the university’s founder, Chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli. H. Isaxanli also made a presentation at the ceremony, mentioning his high appreciation for A. Balayev’s work for the university press, and presented him a congratulatory letter, gift and a bouquet of flowers on behalf of the university.
Vice President for Student Affairs and Administration, Professor Rafig Ahmedov, Dean of the School of Humanities and Social Sciences, Associate Professor Jabir Khalilov, and other employees talked about the various aspects of the activity of Alirza Balyev and congratulated him. The ceremony was followed by a concert under the leadership of the head of Department of Music and Fine Arts, Zulfiyye Sadigova.
At the end, A. Balayev expressed his gratitude to the university administration and participants
for organizing the event.[:]