[:az]Yanvarın 21-24-də Xəzər Universitetnin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının sədrliyi ilə bu il mayın 26-28-də Türkiyənin Erciyəs Universiteti ilə birlikdə keçirilməsi planlaşdırılan “XXI əsrin pəncərəsindən mədəniyyət və kimlik” mövzusunda Beynəlxalq simpoziumun Təşkilat Komitəsinin (TK) geniş iclası keçirildi. Təşkilat Komitəsinin ilk iclasında TK-nın Erciyəs Universitetindən olan üzvləri – professor Sevinc Üçgül, dosent Ali Küçükler, Erdem Erinc və Xəzər Universitetindən dosentVurğun Əyyub, dosent Elza Səmədova, Əlövsət Əmirbəyli, İsaxan İsaxanlı, Lyudmila Sotova, Raziyə İsayeva, Ülkər İsayeva, Zülfiyyə Sadıqova, Baba Bayramlı, Muxtar Hacızadə, Elnurə Əzizova, Cabir Məmmədli və digərləri iştirak etdilər. H. İsaxanlı TK-nın Türkiyədən və Azərbaycandan olan üzvlərini salamlayaraq, simpoziumun əhəmiyyətindən danışdı və nəzərə çatdırdı ki, iki universitet arasında imzalanmış protokola uyğun olaraq ilk dəfə iki ölkənin aparıcı universitələri arasında belə bir mötəbər elmi tədbirin Bakı şəhərində keçirilməsi qərarlaşdırılmışdır.
İclasda öncə Erciyəs Universiteti tərəfindən hazırlanmış simpoziumun WEB saytı nümayiş etdirildi. TK-nın üzvləri görülən işlərlə tanış oldular, dünyanın müxtəlif ölkələrindən TK-ya daxil olan tezislər nəzərdən keçirildi. TK-nın üzvləri 3 gün ərzində simpoziumun keçirilməsi ilə bağlı bütün təşkilatı məsələləri müzakirə etdilər və təxmini büdcəsini müəyyənləşdirdilər. Qərara alındı ki, hər bir tərəf üzərinə götürdüyü işləri həyata keçirərkən, digər tərəfi məlumatlandırsın. Həmçinin qərara alındı ki, TK-nın Türkiyədən olan üzvləri simpoziumdan 3 gün əvvəl bir daha Bakı şəhərində toplaşsınlar.[:en]On January 21-24, under the leadership of Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, a meeting of the Organizing Committee (OC) of the International Symposium on “Culture and Identity from a 21st Century Perspective” was held. The symposium is scheduled to be held together with Erciyes University (Turkey) on 26-28 May. Members of the OC, including Professor Sevinc Üçgül, Associate Professor Ali Küçükler, and Erdem Erinc from Erciyes University; Associate Professor Vurgun Eyyub, Associate Professor Elza Samadova, Alovsat Amirbeyli, Isaxan Isakhanli, Lyudmila Sotova, Razia Isayeva, Ulker Isayeva, Zulfiyye Sadigova, Baba Bayramli, Mukhtar Hajizadeh, Elnura Ezizova, Jabir Mammadov, and others from Khazar University participated in the first meeting of the Organizing Committee. H. Isaxanli welcomed the Turkish and Azerbaijani members of the OC, talked about the importance of the symposium, and noted that in accordance with the protocol signed between the two universities, such a prestigious scholarly event among leading universities of the two countries would be held in Baku for the first time.
At first, the symposium website developed by the University of Erciyes was demonstrated at the meeting. Members of the OC were introduced to the work that had been done and reviewed the theses submitted to the OC from various countries around the world. Over three days of meetings, members of the OC discussed all issues related to organizing the symposium and wrote a draft budget. A decision was made to keep both parties informed of each other’s progress and to gather for another meeting in Baku before the 3-day long Symposium.[:]