[:az]Yanvarın 21-də Xəzər Universitetinin “Elm və Sənət Məclisi”nin 61-ci məşğələsi keçirildi. Məşğələnin açılışından öncə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı yanvarın 17-də dünyasını dəyişmiş tarix elmləri doktoru, Türk Tarix Qurumunun üzvü, əməkdar elm xadimi, professor Süleyman Əliyarlı haqqında qonaqlara məlumat verdi və onun xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra H.İsaxanlı Türkiyənin və dünyanın məşhur arxeoloqlarından sayılan professorlar Mehmet Özdoğanı və Zeyneb Eresi məclis iştirakçılarına təqdim etdi. M.Özdoğanın Neolit dövrünün qazıntıları, Zeyneb Eresin isə arxeoloji qazıntıların mühafizəsi haqqında məruzələri maraqla dinlənildi.
Məruzə ətrafında müzakirələr aparıldı. Müzakirələrdə Nəcəf Müseyibli, Maisə Rəhimova, Ceyhun Eminli, Fərhad Quliyev, İlyas Babayev (AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu), Firuzə Muradova ((Tarixi-Etnoqrafiya Muzeyi), Faiq Ələkbərov (AMEA-nın Fəlsəfə İnstututu), Roza Arazova (Xəzər Universitəsi) Solmaz Tohidi (AMEA-nın Şərqşünaslıq İnstitutu), dilşünas alim Firudun Cəlilov və digərləri çıxış etdilər. Sonda H.İsaxanlı türkliyəli alimlər və qonaqlara maraqlı çıxışlar və müzakirələr üçün təşəkkürünü bildirdi. “Elm və Sənət Məclisi”nin iştirakçıları adından Zeyneb Eresə gül dəstəsi təqdim edildi, xatirə şəkilləri çəkildi. [:en]On January 21, the 61st meeting of the “Assembly of Science and Art” was held at Khazar University. Before the opening of the meeting, the university’s founder, Chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, gave information about Doctor of Historical Sciences, honored scientist, and member of the Turkish Historical Society, Professor Suleyman Aliyarli, who passed away on January 17. He was remembered in a moment of silence. Then H. Isaxanli introduced the participants to world-famous archaeologists of Turkey, Professors Mehmet Özdoğan and Zeyneb Eresi. M.Özdoğan made a presentation about excavations of the Neolithic period, and Zeyneb Eresi made a presentation about protection of archaeological excavations.
A discussion was held about the reports. Najaf Museyibli, Maisa Rahimova, Ceyhun Eminli, Farhad Guliyev, Ilyas Babaev (Institute of Archaeology and Ethnography of the National Academy of Sciences), Firuza Muradova (Historical and Ethnographic Museum), Faig Alekberov (Institute of Philosophy of ANAS), Roza Arazova (Khazar University), Solmaz Tohidi (Institute of Eastern Studies of ANAS), linguist Firudin Calilov, and others took part in the discussion. At the end of the event, H. Isaxanli expressed his gratitude to the Turkish scholars and visitors for the interesting presentations and discussions. On behalf of the participants of the “Assembly of Science and Art,” flowers were presented to Zeyneb Eresi and photos were taken.
[:]