[:az]Bu dəfə də “Dünya” məktəbi şagirdlərin payız tətili günlərini maraqlı keçirməsi üçün ingilis dili düşərgəsinin növbəti vaxtını və məkanını təyin etdi: 9-13 noyabr, Şağan Olimpiya Kompleksi. 100-ə yaxın məktəbli onlar üçün yaradılmış bu fürsətdən yararlandı və dostlarıyla birgə şən və maraqlı payız tətili keçirdilər. Şagirdləri məktəbin 5 avtobusu şəhər tezdən təyin olunmuş yerlərdən götürür və saat 14.00-dan sonra geri qaytarırdılar. Bu da valideynlərin işini çox asanlaşdirdi. Uşaqlar düşərgədə gündə bir saat ingilis dili məşğələlərinə qatılır, sonra qruplara bölünərək futbol, voleybol, basketbol, tennis, üzguçuluk, şahmat, rəsm və digər əyləncələrlə məşğul olurdular. Tətilin 3-cü günündə Xəzər Universiteti və “Dünya” məktəbinin təsisçisi, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayeva kompleksə gələrək, uşaqların istirahəti üçün yaradılmış şəraitlə tanış oldular. H. İsaxanlı gələcəkdə düşərgənin əhatə dairəsini daha da genişləndirmək haqqında faydalı məsləhətlər də verdi. Düşərgə qış tətilində də şagirdləri əyləndirməyə davam edəcək. Düşərgənin uğurlu təşkili və həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusilə də “Dünya” məktəbinin müəllimlərinə təşəkkürümüzü bildiririk.
Mədinə Karahan, “Dünya” məktəbinin müəllimi
Qeyd edirik ki, media düşərgə haqqında geniş yazdı, o cümlədən:
www.sportsman.az elektron və kağız əsası jurnal
“Ədalət” qəzeti
“Olimpiya dünyası” qəzeti
“Azərbaycan” qəzeti
“İdman” qəzeti
“Savalan” qəzeti
“Oxu məni” qəzeti
“525-ci” qəzeti
[:en]”Dunya” School scheduled time and space for a routine English language camp for students to spend an exciting autumn holiday on November 9-13 at Shagan Olympic Complex. 100 students took advantage of this opportunity created for them and spent a fun and exciting fall holiday with their friends. For an hour a day, children attended English classes, then after dividing into groups, they participated in football, volleyball, basketball, tennis, chess, swimming, painting and other entertainment.
On the 3rd day of the holiday, the founder of Khazar University and “Dunya” School and Chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and Advisor of the Board of Directors and Trustees, Nailakhanim Isayeva, came to the complex to see the conditions created for the children. H. Isakhanli gave useful tips about further expanding the scope of the camp in the future.
We express our gratitude to everyone, especially the “Dunya” School teachers, for contributing to the successful organization and implementation of the camp.
We note that the media also wrote a great deal about this event, including the following journals and newspapers:
www.sportsman.az electronic and print journal
“Ədalət” newspaper
“Olimpiya dünyası” newspaper
“Azərbaycan” newspaper
“İdman” newspaper
“Savalan” newspaper
“Oxu məni” newspaper
“525-ci” newspaper[:]