[:az]Noyabrın 1-də Xəzər Universitetinin ənənəvi “Elm və Sənət Məclisi”nin 59-cu məşğələsi keçirildi. Məşgələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq, qonaqları və tələbələri salamladı. Sonra məclisin iştirakçılarına “Elm və Sənət Məclisi”nin yeni yaradılmış elektron saytı haqqında məlumat verdi və sayt nümayiş etdirildi. Nümayişdən sonra H. İsaxanlı 59-cu məclisin məruzəçisi – Qafqaz Araşdırmalar İnstitutunun direktoru, dosent Mehmet Rıhtımın yaradıcılığı haqqında qısa məlumat verərək, onu qonaqlara təqdim etdi. M.Rıhtım məclisdə iştirak edən elm adamlarına təşəkkür etdi və məşğələnin mövzusu olan “Seyid Yəhya Bakuvinin həyatı, yaradıcılığı və məktəbi” haqqında geniş məlumat verdi. Texnologiyanın imkan verdiyi vasitələrdən istifadə etməklə S.Y.Bakuvinin tarixi arxiv sənədlərini nümayiş etdirdi. Sonra məruzəçi məclis üzvlərinin çoxsaylı suallarını cavablandırdı.
Məruzə ətrafında Mail Yaqubov, Vurğun Əyyub (Xəzər Universitetsi), Esmiralda Həsənova (AMEA-nın Şərqşünaslıq İnstitutu), Şahin Fərzəlibəyov, Mətanət Şəkixanova (AMEA-nın Fəlsəfə İnstitutu), Süleyman Əliyarlı (BDU), Nərgiz Əliyeva ( Tarix Muzeyi) çıxış etdilər. Sonda H. İsaxanlı bütün iştirakçılara və məruzəçiyə təşəkkür etdi.
[:en]On November 1, the 59th routine meeting of the Assembly of Science and Art was held at Khazar University. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, opened the event and welcomed the guests. Then, he gave information about the new web site of “Assembly of Science and Art” to the participants and the site was demonstrated. After the demonstration, H. Isaxanli gave brief information about the guest lecturer of the 59th assembly, Director of the Caucasus Research Institute, Associate Professor Mehmet Rıhtım, and presented him to the guests. M. Rıhtım expressed his gratitude to the scholars who participated in the meeting and gave information about “The life, activity and school of Seyid Yahya Bakuvi.” The historical archived documents of S. Y. Bakuvi were also shown in a multimedia presentation.
Mail Yagubov, Vurghun Eyyub (Khazar University), Esmeralda Hasanova (Institute of Eastern Studies of the Academy of Sciences), Shahin Farzalibayov, Metanet Shakixanova (Institute of Philosophy, Academy of Sciences), Suleyman Aliyarli (BSU), Nargiz Aliyeva (History Museum) and others actively took part in the discussion following the lecture. H. Isaxanli expressed his gratitude to the all participants and lecturer.
[:]