[:az]Aprelin 17-də Xəzər Universitetində Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsuyinin iştirakı ilə BDU-nun Konfutsi İnstitutunun Xəzər Universiteti Filialının açılış mərasimi və bu mərasimlə əlaqədar “Çin mədəniyyəti günü” keçirildi. Xəzər Universiteti Şərq dilləri və din araşdırmaları departamenti və Konfutsi İnstitutunun birgə əməkdaşlığı ilə hazırlanmış tədbir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının açılış nitqi ilə başladı. H. İsaxanlı Çinin dünya mədəniyyətindəki tarixi rolu, onun son dövrlərdə dünya iqtisadiyyatının aparıcı güclərindən birinə çevrilməsi, Çin və Azərbaycan arasındakı əlaqələrin tarixi və əhəmiyyəti haqqında, həmçinin, Çin dili və mədəniyyətinin qloballaşan dünyadakı yerindən danışdı. O, Çin mədəniyyətinin dünyaya tanıdılmasında, Çinin digər ölkələrlə mədəni, iqtisadi və elmi əlaqələr qurmasında Konfutsi institutlarının çox böyük rola malik olduğunu vurğuladı və BDU Konfutsi İnstitutunun Xəzər Universiteti Filialına bu sahədə uğurlar arzuladı.
Səfir Xun Tsuyin Xəzər Universitetində Çin dili və mədəniyyətinə olan marağın əhəmiyyətini vurğuladı və bunun iki ölkə arasındakı çoxsahəli əməkdaşlığa böyük müsbət təsiri olduğunu bildirdi. BDU Konfutsi İnstitutunun direktorları – Oqtay Cəlilbəyli və Hu Fənxuanın çıxışlarından sonra Xəzər Universiteti ilə BDU Konfutsi İnstitutu arasında ikitərəfli müqavilə imzalandı.
Daha sonra qonaqlar Çin mədəniyyətinin müxtəlif atributlarından – xəttatlıq, təsviri incəsənət və digər əl sənətləri nümunələrindən ibarət sərgi ilə tanış oldular, Xəzər Universitetinin tələbələrindən ibarət rəqs qrupunun ifasında Çin milli rəqsini izlədilər və gitaranın müşayiəti ilə tələbələrimizin ifa etdikləri Çin milli mahnılarını dinlədilər.
Tədbirin ikinci hissəsi BDU Konfutsi İnstitutunun Xəzər Filialı üçün yaradılmış mərkəzdə davam etdi. Mərkəzin açılış mərasimində lenti birlikdə kəsən professor Hamlet İsaxanlı və səfir Xun Tsuyin digər iştirakçılarla birlikdə Konfutsi İnstitutunun müəllim heyəti tərəfindən tədris olunan Çin dili dərsinin bir hissəsini dinlədilər. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
[:en]On April 17, 2013 at 11:00, with the participation of Hong Tsuyin, Extraordinary and Plenipotentiary Ambassador of People’s Republic of China to Azerbaijan, the opening ceremony of the branch of BSU Confucius Institute at Khazar University. In connection to this, “Chinese Culture Day” was also held in Khazar University. The event, which was coordinated in cooperation with the Eastern Languages and Religious Studies Department of Khazar University and the Confucius Institute, was opened with a speech by the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli. H. Isaxanli talked about China’s role in world culture, how it has become one of the leading forces in the global economy in recent years, relations between China and Azerbaijan, its history and significance, and Chinese language and culture in the globalized world. He stressed that Confucius Institutes have great importance in introducing Chinese culture to the world and establishing cultural, economic and scientific relations between China and other countries. He wished success to the affiliate Branch of BSU Confucius Institute at Khazar University in this area.
Ambassador of the People’s Republic of China to Azerbaijan, Hong Tsuyin, stressed the importance of the interest in Chinese language and culture and noted this has a big positive impact on multi-faceted cooperation between the two countries. After the speeches of Oktay Calilbeyli and Hu Fanxua, Directors of the Confucius Institute of Baku State University, a bilateral agreement was signed between Khazar University and the Confucius Institute.
Then the guests became acquainted with examples from different attributes of Chinese culture through a calligraphy, fine arts and crafts exhibition, watched a Chinese national dance performed by the dance group consisting of students from Khazar University, and listened to Chinese national songs to the accompaniment of guitar, performed by students.
The second part of the event was held at the Center which has been established for the Khazar Branch of BSU Confucius Institute. Professor Hamlet Isakhanli and Ambassador Hong Tsuyin cut the ribbon at the opening ceremony of the Center and listened to part of a course taught in Chinese by Confucius Institute teaching staff. At the end of the event, photos were taken.
[:]