Yanvarın 16-da Xəzər Universiteti Təhsil fakültəsinin təşkilatçılığı ilə universitetdə “Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün qərarların qəbul edilməsində qiymətləndirmə nəticələrindən istifadə üzrə təlim” layihəsinə hazırlıq xarakteri daşıyan dəyirmi masa keçirildi. Tədbirdə universitetin təsisçisi Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, prorektorlar, dekanlar, departament müdirləri, “Dünya” məktəbinin direktoru, eləcə də Təhsil problemləri institutunun bir qrup əməkdaşı, Bakı şəhərinin bir sıra məktəblərinin direktorları iştirak edirdilər. Tədbiri giriş sözü ilə H. İsaxanlı açdı. “Dünya” məktəbinin direktoru Mərufə Mədətli və Təhsil fakültəsinin dekanı Elza Səmədova çıxış etdilər. Sonra şagird nailiyyətlərinin qiymətləndirilməsi barəsində təhsil ekspertləri və məktəb direktorları arasında sorğu keçirildi və müzakirələr aparıldı. On January 16, as organized by the School of Education of the Khazar University, a roundtable was held at the university for preperation of the project “Training on the use of evaluation results in decision-making to improve the quality of education.” The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, vice presidents, deans, heads of departments, the director of “Dunya” school, a group of employees of the Institute of Educational Problems, and directors of a number of schools of Baku participated in the event. The meeting was opened by H. Isaxanli. Director of “Dunya” School, Marufa Madatli, and Dean of the School of Education, Elza Samadova, made presentations. Then, a referendum was held, including discussions among education experts and school directors about assessments of student achievement.