[:az]Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı noyabrın 17-də İctimai TV-nin “Qərib Axşamlar” verilişinin qonağı oldu. O, diasporun mahiyyəti, qısa tarixi, quruluşu və əhəmiyyəti haqqında danışdı. İtaliyada keçirilən “8-ci Vətəndaş poeziyası” festivalında Xəzər Universitetinin Azərbaycanı təmsil etdiyi haqda məlumat verdi. Poeziya və onun musiqi ilə, xüsusilə muğamla əlaqəsinə toxundu, Azərbaycan nümayəndə heyətinə daxil olan şəxslər – Arif Babayev (xanəndə), Mirnazim Əsədullayev (kamança ustası), Ramin Rzayev (tarzən), Nailəxanım İsayeva (təhsil təşkilatçısı və mahnı bəstəçisi) haqqında danışdı. O, həmçinin böyük işlər görmək üçün zəruri olan keyfiyyətlərdən söz açdı, istedad, uzaqgörənlik, zəhmətkeşliyin zəruriliyini vurğuladı. “Dünyanı dəyişdirən qarajlar” adlı yazısında bu məsələyə necə yanaşdığını söylədi. Riyaziyyat, onun təbiəti və onu öyrətmə yolları haqqında danışdı. Həmçinin o, bir sıra digər məsələlərə toxundu və suallara cavab verdi. [:en]On November 17, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, was a guest on the “Nostalgic Evenings” program on Public TV. He talked about the brief history, structure, importance and essence of the diaspora. He noted that Khazar University represented Azerbaijan at the 8th Festival of Civic Poetry which was held in Italy. He emphasized poetry’s relationship with music, especially with mugham, and talked about people who were in the Azerbaijani delegation to the Festival: Arif Babayev (singer), Mirnazim Asadullayev (kamancha player), Ramin Rzayev (tar player), and Nailakhanim Isayeva (educational organizer and song composer). He also spoke about the qualifications which are necessary to do great work, noting the importance of talent, vision, and diligence. He talked about how to approach this issue in his article “Garages that Changed the World.” He talked about mathematics, its nature and ways of teaching it. He also highlighted several other issues and answered questions.[:]