[:az]Sentyabrın 27-də Xəzər Universiteti Elmi-İnzibati Şurasının növbəti iclası oldu. İclasdan əvvəl universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Elmi-İnzibati Şuranın üzvlərini yeni dərs ili münasibətilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı.
Sonra rektor vəzifəsini icra edən Məhəmməd Nuriyevin sədrliyi ilə Elmi-İnzibati Şuranın iclası başlandı və gündəlikdə olan məsələlər müzakirə olundu. M. Nuriyev Elmi-İnzibati Şuranın yeni tərkibi haqqında məlumat verdi. Məzunlar haqqında fakültə dekanlarının, müxtəlif sahələrdə fəlsəfə doktoru elmi dərəcəsi üzrə doktoranturaya qəbulun təşkili haqqında Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyevin məlumatları dinlənildi. Müzakirə olunan məsələlər haqqında müvafiq qərarlar qəbul edildi. Elmi-İnzibati Şuranın iclasında bir sıra cari məsələlər də müzakirə olundu.
[:en]On September 27, a routine meeting of the Khazar University Scientific/Administrative Council was held. Before the meeting, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, congratulated the Scientific/Administrative Council members with a new school year and spoke about the tasks before them.
Then, under the chairmanship of Interim President Mahammad Nuriyev, the meeting of the Khazar University Scientific/Administrative Council began. M. Nuriyev spoke about new members of the Scientific/Administrative Council. Other presentations included school deans’ information about alumni and Head of the Division for Graduate Studies and Research Eldar Shahgeldiyev’s report on the admission process for PhD programs in various fields. Relevant decisions were made about the issues which were discussed. A number of current issues were also discussed at the meeting of the Scientific/Administrative Council.
[:]