[:az]ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Xəzər Universitetində oldu. O, əvvəlcə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü. Tərəflər ATƏT-n Baki ofisi və Xəzər Universiteti arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər. Sonra Koray Tarqay universitetinin tələbələri ilə görüşdü. ATƏT rəsmisini tələbələrə təqdim edən Hamlet İsaxanlı onun həyat və fəaliyyəti haqqında məlumat verdi. Tələbələr qarşısında “ATƏT – Azərbaycan: 20 ildə keçdiyimiz yol” mövzusunda çıxış edən səfir onların çoxsaylı suallarına da cavab verdi. Görüşün sonunda universitetin Siyasət İnstitutunun direktoru Baba Bayramlı maraqlı mühazirəyə görə səfirə minnətdarlıq bildirdi. Koray Tarqay Xəzər Universitetinin rektoru professor Con Rayderlə də görüşərək, fikir mübadiləsi apardı. Keçirilən görüşlərdə Koray Tarqayı ATƏT-in Bakı Ofisinin Mətbuat və İctimai İnformasiya Departamentinin rəhbəri Rəşad Hüseynov müşayiət edirdi. [:]