[:az]Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Avropa İttifaqı tərəfindən “Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirilməsi” mövzusunda Bakıda təşkil edilmiş seminarın Xəzər Universitetində keçirilən ikinci iclasında. (ilk iclas yanvar ayının 30-da Təhsil Nazirliyində keçirilmişdi) iştirak etmək üçün universitetə gələn Avropa İttifaqının nümayəndələri – Finlandiyanın Ali Təhsilin Qiymətləndirilməsi Şurasının baş eksperti Karl Holm və Avropa Assosiasiyasının Təhsil Hüququ və Siyasəti üzrə prezidenti Jan De Groof universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və rektor Con Rayderlə görüşdülər.
Sonra seminarın ikinci iclası keçirildi. Təhsil Nazirliyinin nümayəndəsi, TEMPUS proqramı üzrə məsul koordinator Aqil Vəliyev, Musiqi Konservatoriyasının musiqişünası Akif Quliyev, Xəzər Universitetinin rəhbərliyi, fakültə dekanları və əməkdaşları – Hamlet İsaxanlı, Con Rayder, prorektorlar Məhəmməd Nuriyev, Rafiq Əhmədov və Fərda Əsədov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Maqistratura, dokturantura və elmi işlər üzrə bölmənin müdiri Eldar Şahgəldiyev, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Siyavuş Azakov, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Kalvin Tissen (Calvin Theissen), Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin müdiri Riçard Russo (Richard Rousseau), İqtisadiyyat və menecment departamentinin doktorantı Xumar Məmmədova, Təhsil fakültəsinin magistrı Marta Lauri iclasda iştirak etdilər.
İclası giriş sözü ilə açan Hamlet İsaxanlı Xəzər Universitetinin tarixi və qanunvericiliklə bağlı üzləşdiyi problemlərdən danışdı. Sonra Avropa İttifaqının nümayəndələri və iştirakçılar tərəfindən ali təhsillə bağlı qanunvericilik məsələləri ətraflı müzakirə edildi.
[:]