Seriyanın “Sara (Saray) Xatun” adlı 6-cı kitabı Xəzər Universiteti Nəşriyyatında çapdan çıxmışdır. Kitabın müəllifləri professorlar Hamlet İsaxanlı və Şahin Fazildir.
Kitab Azərbaycanın ilk diplomat qadını Sara (Saray) Xatuna həsr olunmuşdur. Onun Ağqoyunlu və Qaraqoyunlularla bağlı diplomatik missiyası, Osmanlı hökmdarı Sultan Mehmed Fatih ilə görüşməsi və sülhə nail olması, həmçinin Məmlüklər, Teymurilər və Venesiya ilə bağlı diplomatik səyləri qələmə alınmışdır.
Kitaba çoxlu fotoşəkillərlə yanaşı, Sara (Saray) Xatunun Azərbaycan rəssamlığındakı təsvirləri də daxil edilmişdir (Xalq rəssamı Altay Hacıyev və rəssam Cəmaləddin İsmayılov) Ümumilikdə seriyanın daha bir kitabı nəfis şəkildə oxuculara təqdim olunmuşdur.