Heykəltəraşlar Namiq Hüseynov və Kənan Əliyev “Danışan əllər” adlı maraqlı layihə hazırlayıblar. Onlar 100 nəfər tanınmış insanların – musiqiçilər, aktyorlar, rəssamlar, şair və yazıçılar, elm və sənət adamlarının əllərinin heykəlini yaradıblar. Bu əllər arasında Xəzər Universitetinin təsisçisi, tanınmış elm adamı, təhsil qurucusu və ictimai xadim, professor, akademik Hamlet İsaxanlının da əlləri yer alıb.

“Danışan əllər” may ayının 6-da Nardaranda yerləşən qalereyada ictimaiyyətə təqdim olunub. Qalereyanın açılışı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən həyata keçirilib.

khazar.org