2023-cü il fevraın 20 və 27-də Finlandiyanın “Renesans Consulting Oy” şirkətinin Ali təhsilin inkişafı və beynəlmiləlləşmə üzrə İcraçı məsləhətçisi olan Said Irandoust`un Xəzər Universitetində ardıcıl olaraq, “Öyrətmə və Öyrənmənin Qiymətləndirilməsi: bu, vahid bir prosesdir” (“Evaluating Teaching and Learning: a Process, not a single Moment”) , “Ali təhsilin transformasiyası, əsas performans göstəriciləri” (“Higher Education Transformation, the Key Performance Indicators”) adlı iki seminarı keçirilmişdir.

Seminarlarda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik . Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, prorektorlar, fakültə dekanları və departament müdirləri, əməkdaşlar iştirak etmişlər.

Seminarlardan sonra Said Irandoust və rəhbərlik nümayəndələrinin qeyri-rəsmi formada yığıncağı da olmuşdur.

khazar.org