2022-ci il fevralın 2-də Xəzər Universitetinin Mərkəz kampusunda ənənəvi “Elm və Sənət Məclisi”nin 72-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı açdı, qonaqları salamladı və pandemiyadan dolayı uzun müddətli fasilədən sonra yenidən üz-üzə görüşməkdən məmnun olduğunu bildirdi. Sonra o, “Nizami Gəncəvi. Kimliyi və İdeyalar aləmi” adlı çox maraqlı məruzə ilə çıxış etdi. H. İsaxanlı Nizami Gəncəvi irsinin araşdırılması ilə bağlı maraqlı faktları məşğələ iştirakçılarının diqqətinə çatdırdı.

Sonra məruzə ətrafında geniş elmi müzakirələr oldu. Müzakirələrdə Nəsiman Yaqublu (Xəzər Universiteti), Nəzakət Məmmədli (AMEA Əlyazmalar İnstitutu), Asəf Zamanov (Azərbaycan Dövlət Pedaqoji Universiteti), Bahman Amani (İran), Şəfəq Əlibəyli (AMEA Nizami adına Ədəbiyyat İnstitutu), İradə Musayeva (İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun Elm Şöbəsi), Boran Əziz (Bakı Dövlət Universiteti) və digərləri çıxış etdilər. Çay süfrəsi ətrafında elmi müzakirələr davam etdirildi.

khazar.org