2022-ci il yanvarın 24-də azedu.az təhsil portalı Beynəlxalq Təhsil Günü münasibətilə “Ölkəmiz beynəlxalq standartları əsas götürərək, təhsil sistemi formalaşdırıb. Bəs, hazırkı dövrdə Azərbaycan digər dövlətlərin hansı təcrübəsini mənimsəyə bilər?” sorğusu ilə ekspertlərə müraciət edib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı sorğunu cavablandıraraq demişdir:

“Hazırda Azərbaycan heç bir ölkənin təhsil sistemini mənimsəyə bilməz. Çünki dünyada çox müxtəlif tədris metodları var. Hər ölkənin sistemi digərindən fərqlənir. Bunların sırasında Amerika, Çin və Yaponiyanın təhsil sistemləri çox inkişaf etmiş formadadır. Ölkəmiz orta təhsildə öz sitemini yaradıb. Burada kimdənsə nəyisə götürmək düzgün olmazdı. Ali məktəblərdə isə Boloniya sistemi tətbiq edilir. Bu o deməkdir ki, ölkəmizdə Avropanın termin, kredit sistemləri və müxtəlif yanaşmalarından istifadə olunur. Hazırda texniki baxımdan istifadə olunan metod və terminologiyalar Avropa sisteminə yaxındır.

Hər ölkə özünün əsas təhsil bazasını yaradır. Bu zaman o, müxtəlif anlayış və terminləri digər ölkələrdən götürür. Hazırda Avropa Boloniya sistemindən istifadə edir. Azərbaycan isə 2005-ci ildən Boloniya sisteminə qoşulub. Burada müxtəlif Avropa ölkələrinin təcrübəsindən istifadə edilir”.

https://azedu.az/az/news/52158-tehsil-sistemi-masinin-tekeri-kimidir-o-olmasa-olke-inkisaf-ede-bilmez-ekspert-deyerlendirmeleri 

khazar.org