Professor, akademik Hamlet İsaxanlı yenidən Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibində
Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddəti bitdiyiniə görə onun yeni tərkibini təsdiq etmişdir. Bu barədə 19 noyabr 2021-ci il tarixli qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı yenidən şuranın tərkibinə daxil edilmişdir.