2021-ci il martın 2-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Q.Əli Purmərcan`ı qəbul etdi.
Q. Əli Purmərcan Xəzər Universiteti ilə İran Mədəniyyət Mərkəzi arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirdi və bundan sonra da əlaqələrin genişləndirlməsinin vacibliyindən danışdı. H.İsaxanlı İran Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş sədrinə Xəzər Universiteti haqqında geniş məlumat verərək, bundan sonra da təhsil və mədəniyyət sahəsində əməkdaşlığın davam etdiriləcəyini bildirdi və qonağa bir neçə kitab hədiyyə etdi.
Görüşdə İctimai əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyli iştirak etdi. Q.Əli Purmərcan sonda səmimi keçən görüşə görə təşəkkürünü bildirdi.