Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı 2021-ci il fevralın 16-da şerq.az-ın sorğusunu cavablandıraraq, Təhsil Nazirliyinin ali məktəblər üçün təklif etdiyi kiber təhlükəsizlik, şəhərsalma və planlaşdırma, həmçinin, digər yeni ixtisaslara aid mülahizələrini bildirmişdir.

Hamlet İsaxanlı qeyd etmişdir ki, yeni ixtisaslar dövrün, zamanın tələbidir. Misal üçün, kompüter elmlərinin canı olan kiber təhlükəsizlik xüsusi əhəmiyyət kəsb edir, çünki dövlətlər bir-birinə bu vasitə ilə təzyiq göstərir, seçkiyə təsir edir, digər ölkələrin təhlükəsizliyinə aid məlumatları əldə edirlər. Təklif edilən digər yeni ixtisaslar da mühüm əhəmiyyətə malikdir. Bu, həmçinin, ali təhsilin əhatə dairəsinin getdikcə genişlənməsinə də gətirib çıxaracaq. Beləliklə də, yeni ixtisasların yaradılmasına çox ehtiyac var.

Tam mətni aşağıdakı link vasitəsilə oxumaq olar:

https://sherg.az/x%C9%99b%C9%99r/153134 

khazar.org