2021-ci il yanvarın 27-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevlə görüşdü.
Görüşdə Azərbaycan təhsil sisteminin bu günü və gələcəyi, təhsil sistemində islahatların aparılması, Xəzər Universiteti və onun nəzdindəki “Dünya” məktəbinin inkişaf planları, Gəncə şəhərində fəaliyyətin artırılması, Xəzər Universitetinin kampus qurma fəaliyyəti kimi məsələlər müzakirə olundu.