Xəzər Humanitar və Sosial Elmlər Jurnalının yeni nömrəsi (Cild 23, №1, 2020) artıq çapdan çıxmışdır. Yeni nömrəyə daxil olan məqalələr ədəbiyyat, dil, təhsil və iqtisadiyyat sahələrinə aiddir. Məqalələrin tamamını bu link vasitəsilə oxumaq olar: https://jhss-khazar.org/.
Jurnalın yeni nömrəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Alchemy in Eastern Literature” (“Şərq ədəbiyyatında əlkimya”) adlı məqaləsi də çap olunmuşdur.
Sizi Xəzər Humanitar və Sosial Elmlər Jurnalını oxumağa, öz elmi nəşrlərinizdə onun məqalələrindən sitatlar verməyə və çap etdirmək üçün keyfiyyətli və orijinal məqalələrinizi bizə göndərməyə dəvət edirik (Hazırda üstünlük verilən sahələr: təhsil, dil, linqvistika, ədəbiyyat, beynəlxalq münasibətlər & siyasi elmlər).
Daha ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar:
https://jhss-khazar.org/author-guidelines/.