2020-ci il yanvarın 9-da Xəzər Universitetində Təbiət elmləri və mühəndislik fakültəsinin sifarişi əsasında Türkiyənin DOTEK Şirkəti tərəfindən hazırlanmış müasir mexanika laboratoriyası fəaliyyətə başladı. DOTEK Şirkətinin Baş meneceri Semih Özşuca iki gün ərzində qurulmuş laboratoriyanın detalları və işləmə qaydaları haqqında universitet rəhbərliyinə geniş məlumat verdi. Təqdimatda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Tətbiqi elmlər və mühəndislik fakültəsinin dekanı Hassan Niknafs, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Mexanika departamentinin koordinatoru Mehdi Kiasatfar da iştirak edirdilər. Təqdimatın sonunda H.İsaxanlı DOTEK şirkətinin nümayəndəsinə təşəkkürünü bildirdi.

khazar.org