2019-cu il noyabrın 21-də İsveçrənin Azərbaycan Respublikasında və Türkmənistanda səfiri xanım Muriel Peneveyre, İsveçrə Əməkdaşlıq Ofisinin Azərbaycandakı Regional direktorunun müavini xanım Simone Haeberli və ofisin milli proqram rəhbəri Zahir Əhmədov Xəzər Universitetini ziyarət etdilər. Qısa kampus turundan sonra qonaqlar Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin rektoru İradə Xəlilova ilə görüşdülər. Universitet haqqında qısa təqdimatdan sonra Avrasiya Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov qonaqları mərkəzin hazırkı fəaliyyəti və gələcək planları ilə bağlı məlumatlandırdı.