2019-cu il oktyabrın 3-də Xəzər Universitetinin Mərmər salonunda “Avrasiya Nanotexnologiya Konfransı – 2019” işə başladı. Konfransda Azərbaycan, Türkiyə, Rusiya, Koreya, Yaponiya, Qazaxıstan və İrandan olan alim və mütəxəssislər iştirak edirlər.
Konfrası universitetin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Hassan Niknafs açmış, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, iştirakçıları salamlamış, konfransa uğurlu iş arzulamışdır. Sonra konfrans proqram üzrə işini davam etdirmişdir.
Konfrans oktyabrın 4-də işini başa çatdıracaq.