2019-cu il avqustun 17-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kim Tong Op və Azərbaycanda səfərdə olan koreyalı türkoloq professor xanım Eunkyung Oh-u qəbul etdi. Görüş zamanı tərəflər Koreya və Azərbaycan, Koreya universitetləri və Xəzər Universiteti arasında elmi-tədqiqat əlaqələrinin gücləndirilməsi kimi məsələləri müzakirə etdilər.