2019-cu il iyunun 19-da ADA Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Global Challenges Research Fund” (GCRF Compass) və UNICEF-in birgə təşkilatçılığı ilə ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlaydı. Konfransın builki mövzusu “İnklüziv və ədalətli keyfiyyətli təhsil istiqamətində: fəaliyyət üçün imkanlar” (Towards Inclusive and Equitable Quality Education: Opportunities for Action) adlanır.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfransın ilk günü “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və ali təhsildə keyfiyyət” (SDG and Quality in Higher Education) mövzusunda çıxış etdi.

khazar.org