[:az]2018-ci il oktyabrın 12-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan Robotiks və Mühəndislik Akademiyasının direktoru Rəhman Rəsulzadə və Xəzər Universitetinin robotiks üzrə komandası “Killshot” ilə görüşdü.
Görüş zamanı Professor İsaxanlı Azərbaycan II Robot Olimpiadasında qalib olmuş Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin Kompüter mühəndisliyi ixtisasının tələbələrindən ibarət (Məhəmməd Məmmədli, Vüsal İsmayılov, Rauf Hacıyev) “Killshot” komandasının yarışlara hazırlıq prosesini müzakirə etdi, onlara öz məsləhətlərini verdi və gələcək Dünya Robotiks Olimpiadasında uğurlar arzuladı.
Qeyd edək ki, 2018-ci il oktyabrın 6-da Əl Oyunları Sarayında 20 təhsil müəssisəsindən 54 komandanın iştirakı ilə 4 kateqoriya üzrə Azərbaycan II Robot Olimpiadası keçirilmişdi. Qaydalara əsasən bu yarışlarda qalib gələn komanda Azərbaycanı Tailandda keçiriləcək Dünya Robot Olimpiadasında təmsil etməyə haqq qazanır.
http://www.khazar.org/az/news/article/3524
[:en]On October 12, 2018, Prof. Hamlet Isakhanli, Khazar University founder and the Chairman of its Board of Directors and Trustees, met with the Head of AREA (Azerbaijan Robotics and Engineering Academy) Rahman Rasulzada and the “Killshot” team of Khazar University on robotics.
During the meeting, Prof. Isakhanli discussed the preparation process of the Khazar University’s “Killshot” team, of School of Engineering and Applied Sciences’ students (Mahammad Mammadli, Vusal Ismayilov, Rauf Hajiyev) – winners of Azerbaijan’s II Robotics Olympiad, gave them advices and wished to participate successfully in the World Robotics Olympiad.
Note that Azerbaijan’s II Robotics Olympiad on 4 categories with participation of 54 teams from 20 educational institutions took place in Palace of Hand Games on October 6, 2018. According to the game rules, a winner team is entitled to represent Azerbaijan in World Robotics Olympiad to be held in the Kingdom of Thailand on November 16-18, 2018.