[:az]“Ədəbiyyat qəzeti” və “525-ci qəzet”in 14 iyul tarixli nömrələrində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin “Qoşa qanadların harmoniyası” adlı məqaləsi dərc olunmuşdur. Elmi idrakla bədii yaradıcılığın sintezi məsələlərinə həsr etdiyi məqaləsində İ.Həbibbəyli görkəmli riyaziyatçı alim olmaqla yanaşı humanitar elm sahələrində də çoxlu əsərlərin müəllifi olan professor Hamlet İsaxanlının yeni – “Əlkimya: elm, sənət və mistika” adlı kitabından da bəhs edərək yazmışdır:

Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlının 2018-ci ildə nəşr etdirdiyi “Əlkimya: elm, sənət və mistika” kitabı elmi idrakla bədii düşüncənin sintezi və vəhdəti problemlərinə həsr olunmuş mühüm elmi əhəmiyyətə malik ciddi monoqrafik tədqiqatdır. Bu, – dünya miqyasında geniş mənada ədəbiyyatdan elmə, konkret mənada isə bədii yaradıcılıqdan əlkimya və əlfizikaya, yaxud da əksinə olan elmi-ədəbi prosesləri dərindən araşdırıb ümumiləşmiş şəkildə təqdim edən sanballı tədqiqat əsəridir. Bu, – Azərbaycan elminin bədii təxəyyüllə elmi idrakın qarşılıqlı əlaqələrinin nəzəriyyəsi və təcrübəsinə qiymətli töhfəsidir.

http://www.khazar.org/az/news/article/3359[:en]On June 14, an article “Harmony of wings” by Academician Isa Habibbeyli, Vice President of Azerbaijan National Academy of Sciences and Chairman of Committee for Science and Education of the Milli Majlis, was published in newspapers “Edebiyyat qezeti” and “525-ci qezet”. In the article, which was dedicated to scientific thinking and artistic creativity, Isa Habibbayli touches upon a book “Alchemy: Science, Art and Mysticism” by Prof.Hamlet Isakhanli, a prominent mathematician and author of many works in Humanities:

A book “Alchemy: Science, Art and Mysticism” by Prof. Hamlet Isakhanli, Doctor of Physics and Mathematical Sciences, published in 2018, is a monograph of huge scientific importance dedicated to the synthesis of scientific thinking with artistic thought. This book is a remarkable research work which profoundly studies scientific and literary process ranging from literature to science, more precisely from artistic creativity to alchemy and al physics or vice-versa. This book is a valuable contribution to the theory and practice of mutual relations of artistic imagination and scientific thinking of Azerbaijani science.

http://www.khazar.org/en/news/article/3359[:]