[:az]2018-ci il mayın 21-dən 24-dək Xəzər Universitetinin Riyaziyyat departamentinin təşkilatçılığı, Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, ABŞ, İsveç və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələrindən ibarət Beynəlxalq Təşkilat Komitəsinin rəhbərliyi ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının (İsayev) 70 illik yubileyinə həsr olunmuş “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarından riyaziyyat üzrə elmlər doktoru, Koç Universitetinin professoru Varqa Kələntərov H.İsaxanlıya təşəkkür məktubu göndərmişdir. Məktubda deyilir: “Konfrans bitdikdən bir gün sonra İstanbula döndüm. Bu günlər hələ konfransın təsiri altındayam. Gördüklərim, eşitdiklərim və öyrəndiklərim haqqında yaxınlarım və yoldaşlarımla paylaşıram. İstanbulda və Ankarada differensial tənliklər ilə əlaqəli çox daha kiçik bir neçə toplantının təşkilində mən də iştirak etmişəm. A.Aleksandrov, A.Belavin, M. Belishev, A. Helemski , B. Mtyagin, G.Rosenblyum kimi məşur alimlərin və bir sıra parlaq gənclərin iştirakı ilə konfransın təşkil edilməsinin nə qədər çətin olduğunu təxmin edirəm. Dünya səviyyəsində belə bir toplantıya dəvət edildiyim üçün təkrar çox təşəkkür edirəm”.
http://www.khazar.org/az/news/article/3293
[:en]Varga Kalantarov, PhD in Math and Professor at Koç University, sent a letter of gratitude to Hamlet Isakhanli. Varga Kalantarov participated in the international conference “Operators, Functions, and Systems of Mathematical Physics” which was held on May 21-24, 2018, on organizational support of the Department of Mathematics of Khazar University, and under the supervisio of International Organization Committee consisting of delegates from Azerbaijan, Russia, Georgia, Turkey, Ukraine, the United States, Sweden and the United Arab Emirates. In the letter, it says: “I came back to Istanbul on the following day of the conference. I am still under the impression of the conference. I share my experience with my close friends. I have contributed to organising of some small meetings on differential equations in Istanbul and Ankara. I can figure out how it is hard to organize a conference which is attended by prominent scholars -A.Aleksandrov, A.Belavin, M. Belishev, A. Helemski, B. Mtyagin, G.Rosenglum and talented younger researchers. Again, I express my gratitude for being invited to the conference of global importance.”