[:az]2018-ci il martın 1-də Xəzər Universitetində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının 70 illik yubileyi qeyd edildi. Universitetin kollektivi “Xəzər”in Kamera orkestrinin müşayiəti ilə “Happy Birthday” mahnısını ifa edərək, yubilyarı toplantı salonunda alqışlarla qarşıladı.
Universitetin rektoru Dr. Hassan Niknafs Hamlet İsaxanlını kollektiv adından təbrik etdi. Tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyev, İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi Firəngiz Nəsirova, Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, xalçaçılıq üzrə müəllim, rəssam Afaq Kərimova və digərləri çıxış edərək, yubilyara xoş arzularını çatdırdılar. Universitetin əməkdaşı Elxan Kasımov Hamlet İsaxanlıya həsr olunmuş şəxsi rəsm əsərini ona hədiyyə etdi.
Professor Hamlet İsaxanlı tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.
http://www.khazar.org/az/news/article/3010
[:en]Professor Hamlet Isakhanli’s, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, 70th birthday was commemorated at Khazar University on March 1, 2018. University staff welcomed Professor Hamlet Isakhanli in the conference hall singing a “Happy Birthday” song, accompanied by camera orchestra of Khazar University.
Dr. Hassan Niknafs, Rector of the University, congratulated Hamlet Isakhanli on behalf of the university staff. Professor Mahammad Nuriyev, Vice-rector for Academic Affairs, Firangiz Nasirova, Head instructor of English Language and Literature Department, Roza Arazova, Head of the Department of History and Archeology, Afag Karimova, artist and instructor in carpet-weaving, and other staff members delivered speeches expressing their sincerest wishes. Elkhan Kasimov, a staff member of the University, presented Hamlet Isakhanli a painting that was painted by himself.
Professor Hamlet Isakhanli expressed his gratitude to the participants.
At the end of the ceremony, memory photos were taken.
http://www.khazar.org/en/news/article/3010