[:az]2018-ci il fevralın 16-da Xəzər Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinin heyəti tələbələr üçün Mevlana Mübadilə Proqramı haqqında məlumat sessiyası keçirdi.

Sessiyanın əsas məqsədi tələbələr üçün Mevlana Mübadilə Proqramı haqqında ətraflı məlumat vermək və onlara bu imkandan necə yararlanmağın yollarını izah etmək idi. Beynəlxalq Əlaqələr Şöbəsinin koordinatoru Günay Fərzəliyeva proqram haqqında qısa təqdimat keçirdi, iştirakçıları qəbul şərtləri və tələb olunan sənədlərlə tanış etdi, tələbələrə uğurlu müraicət üçün faydalı məlumatlar verdi.

Görüşdə, həmçinin, cari tədris ilində proqramdan yararlanmış İqtisadiyyat və menecment fakültəsinin tələbəsi Aytac Ağayeva da iştirak etdi. A.Ağayeva Türkiyənin Sakarya Universitetində Mevlana mübadilə tələbəsi kimi qazandığı təcrübəni Xəzər Universitetinin tələbələri ilə paylaşdı.

Görüş sual-cavab ilə yekunlaşdı.

http://www.khazar.org/az/news/article/2973[:en]On February 16, 2018, the International Affairs Office held an information session about Mevlana Exchange Program for students of Khazar University.

The purpose of this session was to provide the participants with detailed information on Mevlana Exchange Program and explain how they can benefit from this opportunity. Gunay Farzaliyeva, a coordinator of International Affairs Office, delivered a brief presentation about exchange program and informed students about eligibility requirements and required documents. She also gave useful tips for producing a successful application.

Aytaj Aghayeva, a student of the School of Economics and Management and a Mevlana exchange student in the current academic year, also participated in the info session. Aytaj shared her experience as a Mevlana exchange student at Sakarya University in Turkey.

The event ended with a question and answer session.

http://www.khazar.org/en/news/article/2973[:]