Yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında ötən il aprelin 7-də Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin təqdim olunan “Nasimi Passion” əsərinin lent yazısı nümayiş olunub.
Tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, o cümlədən xarici səfirliklərin nümayəndələri iştirak ediblər.
F.Əlizadə çıxış edərək, seçdiyi mövzudan və Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi yaradıcılığından danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direkoprlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu, dosent Zülfiyyə Sadıqova da iştirak etmişlər. H.İsaxanlı tədbirdə çıxış etmişdir.
http://www.khazar.org/az/news/article/2853
Video recording of “Nasimi Passion”, work of art by prominent composer Firangiz Alizade, was demonstrated in Azerbaijan Union of Composers on January 17. “Nasimi Passion” was performed by royal symphonic orchestra, choir and soloists of the The Netherlands in “Amsterdam Royal Concertgebouw” concert hall on April, 2017.
Members of Parliament, cultural and art figures, and ambassadors participated in the ceremony.
F.Alizade delivered a speech and talked about Imadaddin Nazimi, a great thinker of Azerbaijan, and the work of art. Moreover, F.Alizade talked about progressive ideas and philosophical views of the thinker.
Prof. Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and honored teacher and pianist Zulfiyya Sadigova, Head of the Department of Music and Art of the university, participated at the ceremony. Hamlet Isakhanli delivered a speech at the ceremony.