2018-ci il yanvarın 17-də Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Dünya” məktəbinin şagirdləri üçün “Çin guşəsi” layihəsi çərçivəsində “Yeni Çin iliniz mübarək” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Xəzər Universitetinin KİM-in direktor müavini Aytac Misgərli açaraq, “Çin guşəsi” layihəsi haqqında qonaqları məlumatlandırdı.

“Dünya” Məktəbinin Tədris işləri üzrə direktor müavini (rus bölməsi üzrə) Leyla Cəbrayılova BDU-nin nəzdindəki Konfutsi İnstitutunun dekanı Luo Xiaozhini və bütün müəllim heyətini salamladı, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirdi.

Daha sonra Xəzər Universitetinin KİM-nin əməkdaşı Samirə Orucova şagirdlərə tədbirdə göstəriləcək sənət nümunələri haqqında məlumat verdi və onlara praktik işlərdə aktiv olmağı tövsiyə etdi. Bütün iştirakçılar tədbirin keçirilməsindən məmnun oldular və təşkilatçılara xüsusi minnətdarlıq bildirildi.

Sonda iştirak edən bütün şagirdlər xüsusi hazırlanmış hədiyyələr ilə mükafatlandırıldılar.

http://www.khazar.org/az/news/article/2851

  Library-Information Centre of Khazar University organized a “Happy New Chinese Year” party for the pupils of “Dunya” school, January 17, 2018, within “Chinese corner” project.

Aytaj Misgarli, Vice-director of Library-Information Centre, opened the ceremony and gave full information about “Chinese corner” project.

Leyla Jabrayilova, Vice-director on Educational Issues (Russian division) of “Dunya” school, greeted Luo Xiaozh, Dean of Confucius Institute affiliated Baku State University, and teaching staff and expressed her gratitude for their collaboration.

Then Samira Orujova, a staff member of Library-Information Centre of Khazar University, introduced artifacts to students and recommended them to be active in practical activities. All the participants were satisfied with the event and thanked the organizers.

At the end of the ceremony, all the students were awarded with special gifts.