Yanvarın 16-da Xəzər Universitetinin Mərmər salonunda Humanitar və sosial elmlər fakültəsinin dizayn ixtisası, Musiqi və incəsənət departamentinin xalçaçılıq, rəssamlıq, xor və vokal fənləri üzrə təhsil alan birinci kurs tələbələrinin birinci semestrin yekunlarına həsr olunmuş hesabatı keçirildi.
Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları, tələbələr və qonaqlar iştirak edirdilər.
Mərmər salonda dizayn ixtisası, xalçaçılıq və rəssamlıq fənləri üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət geniş sərgi nümayiş etdirilirdi. Dizayn müəllimi, xalçaçı rəssam Afaq Kərimova tələbələri iştirakçılara təqdim edir, tələbələr öz işləri haqqında məlumat verir, rəyləri dinləyir və fikir mübadiləsi aparırdılar.
Sonra universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu, dosent Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə xor və vokal fənləri üzrə təhsil alan tələbələrin çıxışları başlandı. Universitetin müəllimi, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının solisti Məhsəti Cabbarovanın bədii rəhbəri və dirijoru olduğu xor kollektivi və solistlər – Təhsil fakültəsinin tələbələri Nərmin İbrahimova, Şəmsiyyə Cəfərova, Afeliya Qocayeva, Təranə Məmmədli və İqtisadiyyat və menecment fakültəsinin tələbəsi Nicat İsmayılov Azərbaycan xalq və bəstəkar mahnılarını, həmçinin, xarici ölkə bəstəkarlarının mahnılarını türk, rus və ingilis dillərində ifa etdilər.
Bəstəkar Vüqar Camalzadə, universitetin İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi Firəngiz Nəsirova, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, bəzi tövsiyələrini bildirməklə ümumilikdə tələbələrin yaradıcılığını müsbət qiymətləndirdilər.
http://www.khazar.org/az/news/article/2852
On January 16, a report meeting on results of the first semester of the first year students studying in Design, the School of Humanities and Social Sciences, as well as students studying in carpet-weaving, painting, chorus and vocal of the Department of Music and Art, was held in Marmar hall of Khazar University.
University administration, staff members, student and guests participated in the ceremony.
A huge exhibition of handicrafts of students studying in design, carpet-weaving and painting, was demonstrated in Marmar hall. Afag Karimova, a design teacher and carpet painter introduced students to participants and students, in their turn, presented their handicrafts, got feedback and exchanged views with participants.
Then students studying in chorus and vocal started to perform their program under artistic guide by honored teacher, pianist, Associate Professor Zulfiyya Sadigova, Director of the Department of Music and Art.
Soloists and choir consisting of students of the School of Education, Narmin Ibrahimova, Shamsiyya Jafarova, Afeliya Gojayeva, Tarana Mammadli, and Nijat Ismayilov, a student of the School of Economy and Management, sang Azerbaijan national and composer songs as well as foreign songs in the Turkish, Russian and English languages under artistic guide by Mashati Jabbarova, the soloist of the State Academic Philharmonic named after Muslim Magomayev.
Coposer Vugar Jamalzadeh, Firangiz Nasirova, head teacher of the Department of the English Language and Literature, and Prof. Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered a speech and appreciated handicrafts and performance of the students.