2018-ci il yanvarın 12-si və 13-də Xəzər Universitetinin Potensial tələbələr üzrə işçi qrupun koordinatoru Fuat Rəsulov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və Təhsil departamentinin koordinatoru Qoşqar Məhərrəmov Şəki və Qax şəhərlərinə səfərdə oldular. Səfər zamanı həmin şəhərlərdə yerləşən müxtəlif orta məktəblər və hazırlıq kurslarının yuxarı sinif şagirdləri, onların valideynləri və müəllimləri ilə görüşlər keçirildi, Xəzər Universiteti və burada kadr hazırlığı aparılan ixtisaslar haqqında geniş məlumat verildi, videoçarx nümayiş etdirildi və iştirakçıların sualları cavablandırıldı. Görüş zamanı növbəti il Şəki və Qax şəhərlərində təhsil alan yuxarı sinif şagirdləri, onların valideynləri və müəllimləri ilə universitet rəhbərliyinin görüşlərinin təşkil edilməsi qərara alındı.

http://www.khazar.org/az/news/article/2844

Fuat Rasulov, Coordinator of the working group on prospective students of Khazar University, Alovsat Amirbayli, director for Public Relations and Media, and Goshgar Maharramov, Coordinator of the Department of Education, has paid a visit to Shaki and Gakh. During the visit, the university representatives held meetings with students of secondary schools and preparation courses as well parents and teachers. Moreover, the representatives gave full information about Khazar University, presented a promotion video of Khazar University and answered the questions by participants. It was decided that university administration should meet students, parents and teachers in Shaki and Gakh next year.

http://www.khazar.org/en/news/article/2844