2018-ci il yanvarın 10-da Xəzər Universitetinin Karyera Mərkəzinin meneceri Səbinə Allahverənova ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev görüşdülər.
Görüş zamanı, psixologiya ixtisası istisna olmaqla, Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsində oxuyan tələbələrin təcrübə proqramı keçməsi barədə əməkdaşlıq müqaviləsi imzalandı.
Beynəlxalq Avrasiya Mətbuat Fondu müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmaş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır və 1992-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınmışdır. BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də, regiondakı yerli və beynəlxalq QHT-ları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
http://www.khazar.org/az/news/article/2822 Sabina Allahveranova, a manager of Career Centre of Khazar University, met Umud Mirzayev, President of International Eurasia Press Fund (IEPF) on January 10, 2018.
During the meeting, a cooperation agreement was signed on internship program for the students of School of Humanities and Social Sciences of Khazar University, except for the students specializing in psychology.
International Eurasia Press Fund is an independent international non-governmental organization established by journalists from various countries which was officially registered in Azerbaijan in 1992.
IEPF functions within collaboration with UN Institutions, US State Department, the European Commission, World Bank, International Press Institute, the International Federation of Journalists, embassies of foreign countries in the Republic of Azerbaijan, ministries, and agencies as well as international and national NGOs.
http://www.khazar.org/en/news/article/2822