2017-ci il dekabrın 26-da Xəzər Universiteti Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Xatirə Yusifova AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Təhsil fakültəsinin tələbələri ilə “Əski əlifba” fənni çərçivəsində “Əlyazma nümunələri ilə tanışlıq” mövzusunda dərs keçdi. Bu dərs müddətində tələbələr əlyazma nümunələri ilə yaxından tanış oldular. Tələbələr Yaxın və Orta Şərq, Şimali Afrika xalqlarının elm və mədəniyyətinə aid türk, ərəb, fars dillərində qiymətli əsərlərlə, eyni zamanda, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi sənədləri, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, müxtəlif mikrofilm və foto surətləri ilə tanış oldular.

http://www.khazar.org/az/news/article/2785

Khatira Yusifova, an instructor of the Department of Azerbaijan language and Literature of Khazar University, ran a lesson under a topic of “Introduction to samples of manuscripts” in Institute of Manuscripts named after Muhammad Fuzuli for the students of Faculty of Education within framework of subject of “Ancient alphabet”. Within this lesson students became closely familiar with samples of manuscripts. Moreover, students became fully acquainted with works, written in the Persian, Arabic and Turkish languages, belonging to cultures of Near East, Middle East and northern Africa as well as personal documents of prominent public figures of XIX-XX centuries, old books, journals and newspapers, various movies and photos.

http://www.khazar.org/en/news/article/2785