2017-ci il dekabrın 23-də Xəzər Universitetinin əcnəbi tələbələri, universitetin Tarix və arxeologiya departamentinin müəllimi Bayram Quliyev ilə birlikdə, Bakı şəhəri Suraxanı rayonunda yerləşən və Azərbaycanın XVII–XVIII əsrlərə aid tarixi abidəsi olan Atəşgah məbədini ziyarət etdilər. Qədim atəşpərəstlərin inanc yeri olan Atəşgah məbədi müxtəlif ölkələrdən (İran, İraq, Yəmən, İndoneziya və Nigeriya) gələn xarici tələbələr üçün həm maraqlı və yeni, həm də fərqli bir təəssürat yaratdı. Azərbaycanda multikulturalizmin izlərinin qədim zamanlara dayandığını öz gözləri ilə görən tələbələr üçün daim yanan odu müşahidə etmək bunun rəmzi sübutu idi. Demək olar ki, məbədin bütün otaqlarındakı eksponatlarla tanış olan tələbələr məbəddən gözəl təəssüratlarla ayrıldılar.
Ümumiyyətlə, tarix dərslərinin muzeylərdə tədris olunması nəinki xarici tələbələr, eləcə də, yerli tələbələr üçün də faydalı və ən yaxşı metodlardan biridir. Çünki tələbələrin tarixi hadisələrin bir parçası olan abidələri canlı olaraq öz gözləri ilə görmələri və onlara toxunmaları bu fənnin daha da keyfiyyətli öyrənilməsində əhəmiyyətli rol oynayır.
http://www.khazar.org/az/news/article/2778
On December 23, 2017, some international students of Khazar University together with Bayram Guliyev, the senior lecturer of History and Archaeology department, visited the Ateshgah temple, one of the old historical monuments of Azerbaijan dating back to XVII – XVIII century, located in the Surakhani district near Baku city. The Ateshgah temple, which was a place of worship of Zoroastrianism, made a distinctive impression on the students from different countries (Iran, Iraq, Yemen, Indonesia and Nigeria). Eternal fire was a symbolic evidence of multiculturalism in Azerbaijan for the students which dates back to ancient times. Students became acquainted with all the exhibits in almost all rooms and left the temple with wonderful impressions.
Generally, teaching of the history lessons in museums is one of the best and useful methods for not only foreign students but also local students as observing and touching historical monuments, parts of historical events, have an important role for the higher quality study of this subject.