2017-ci il dekabrın 22-si və 23-də Xəzər Universitetinin potensial tələbələr üzrə işçi qrupun koordinatoru Fuat Rəsulov və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli Gəncə və Mingəçevir şəhərlərinə səfərdə oldular. Səfər zamanı həmin şəhərlərdə yerləşən müxtəlif orta məktəblər və hazırlıq kurslarının yuxarı sinif şagirdləri, onların valideynləri və müəllimləri ilə görüşlər keçirildi, Xəzər Universiteti və burada kadr hazırlığı aparılan ixtisaslar haqqında geniş məlumat verildi, videoçarx nümayiş etdirildi və iştirakçıların sualları cavablandırıldı. Görüş zamanı növbəti il Gəncə və Mingəçevir şəhərlərində təhsil alan yuxarı sinif şagirdləri, onların valideynləri və müəllimləri ilə universitet rəhbərliyinin görüşlərinin təşkil edilməsi qərara alındı.

http://www.khazar.org/az/news/article/2791

Fuat Rasulov, coordinator of the working group on prospective students of Khazar University, and Alovsat Amirbayli, director for Public Relations and Media, visited Ganja and Mingachevir, on 22-23 December, 2017. During the visit, university representatives held meetings with students of secondary schools and preparation courses as well parents and teachers. Moreover, the representatives gave full information on Khazar University, presented a promotion video of Khazar University and answered questions by participants. It was decided that university administration should meet students, parents and teachers in Ganja and Mingachevir next year.

http://www.khazar.org/en/news/article/2791