Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşri olan “Ədəbiyyat məcmuəsi” jurnalında (2017, № 3, XXXI cild) Xəzər Universiteti Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Qardaşxan Əzizxanlının “XX əsrin ikinci yarısında Azərbaycan vətəndaşlıq lirikasında şair kimliyi” (Məmməd Araz, Söhrab Tahir AzərAzər və Məmməd İsmayılın yaradıcılığı əsasında) adlı məqaləsi çap olunmuşdur.
Məqalədə Məmməd Araz, Söhrab Tahir AzərAzər və Məmməd İsmayılın vətəndaşlıq lirikası əsasında şair şəxsiyyətinin yaradıcılığa bilavasitə təsiri elmi şəkildə nəzərdən keçirilir. Azərbaycanda milli şüurun formalaşmasında sözügedən şairlərin oynadıqları rol göstərilməklə, həmin kontekstdən onların yaradıcılığı təhlil edilir. Bu şairlərin vətəndaşlıq lirikasındakı oxşar və fərqli cəhətləri müqayisəli şəkildə verilərək, belə bir nəticəyə gəlinir ki, onlar öz poeziyası ilə coğrafi-siyasi cəhətdən bölünmüş, torpağı zəbt edilmiş Azərbaycan xalqının milli-mənəvi birliyinin qorunmasına yardımçı olmuşlar.
Məqalə ilə bu linkdə tanış ola bilərsiniz.
http://www.khazar.org/az/news/article/2752 An article under the headline “Poet identity in citizenship lyric of Azerbaijan in the second half of XX century (based on the literary works by Mammad Araz, Sohrab Tahir AzarAzar and Mammad Ismayil)” by Gardashkhan Azizkhanli, a teacher of Department of the Azerbaijan language and literature of Khazar University, was published in “Literature journal” (2017, № 3, Volume XXXI) of Institute of Literature named after Nizami Ganjavi, Azerbaijan National Academy of Sciences.
Based on literary works by Mammad Araz, Sohrab Tahir AzarAzar and Mammad Ismayil, the author scientifically considers direct impact of poet identity on poetic works. Moreover, analysing poetic works by the above-mentioned poets, the author stresses the role of these poets in the formation of a national consciousness in Azerbaijan. The author also comparatively introduces similar and distinctive features of these poets and comes to the conclusion that these poets helped Azerbaijan people, who are geographically-politically divided, reserve the national unity.
A link of the article.
http://www.khazar.org/en/news/article/2752