[:az]2017-ci il dekabrın 12-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi t.ü.f.d. Təranə İsayeva Macarıstanın Azərbaycandakı səfirliyinin AMEA-nın Mərkəzi Kitabxanasında keçirdiyi müasir Macarıstanın banisi, Macarıstan Elmlər Akademiyasının yaradıcısı iqtisadçı, yazıçı, siyasət nəzəriyyəçisi İştvan Seçeniyə həsr olunmuş tədbirdə iştirak etdi. Tədbirdə Macarıstan Elmlər Akademiyasının professoru Zolton Fonagy çıxış etdi. Sonra Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi çıxış edərək, iki ölkə arasındakı əlaqələrin inkişafı istiqamətində görülən işlərdən söhbət açdı. Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək, İştvan Seçeni ilə Hacı Zeynalabdin Tağıyevin oxşar cəhətlərini müqayisə etdi. http://www.khazar.org/az/news/article/2729[:]