Polşa səfiri Xəzər Universitetində oldu Poland’s Ambassador at Khazar University

2017/05/15

2017-ci il mayın 10-da Polşanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Marek Kalva və səfirliyin III katibi Anna Witak Xəzər Universitetində oldular. Universitetin rektoru Hassan Niknafs Polşa səfirini və III katibi qəbul etdi, səfirə universitetdəki elmi fəaliyyət haqqında geniş məlumat verdi. Sonra isə polşalı diplomatlar Tarix departamentinin tələbələri ilə birlikdə yüz il bundan öncə Azərbaycanda yaşamış və fəaliyyət göstərmiş polşalıların tarixinə həsr edilmiş dərsi dinlədilər. Dərsdə Polşanın səfiri və Tarix departamentinin müəllimi Nəsiman Yaqublu çıxış etdilər və tələbələrə Azərbaycanda fəaliyyət göstərən polşalıların şanlı tarixindən danışdılar.

Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı polşalı diplomatları qəbul etdi. Onlara universitetin quruluş tarixindən və bu günə kimi olan fəaliyyətindən danışdı. Səfir M.Kalva Polşa ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğuladı və gələcəkdə Xəzər Universiteti ilə birlikdə hər iki dövlətin yaradılmasının yüz illiyinə həsr edilmiş elmi konfrans keçirilməsini təklif etdi. Səfir xoş qəbul üçün universitet rəhbərliyinə təşəkkürünü bildirdi. Görüşlərdə Polşa səfirliyinin III katibi Anna Witak və Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak etdilər.

On 10 May, 2017, Marek Calka, the Ambassador Extraordinary and Plenipotentiary of the Poland Republic to Azerbaijan and Anna Witak, the 3rd Secretary of the Embassy Anna Witak visited Khazar University. Hassan Niknafs, Rector of the University, accepted the Polish ambassador and the 3rd Secretary, and gave detailed information to the guests about scientific activities of the university. Later, the polish diplomats together with students of the Department of History and Archeology listened to the lecture dedicated to the history of Poles who lived and worked in Azerbaijan hundred years ago. The Polish ambassador and the instructor of the department Nesiman Yagublu made speeches and talked about the glorious history of Poles who lived and worked in Azerbaijan.

Later Prof. Hamlet Isakhanli, the founder of Khazar University, the Chairman of its Board of Directors and Trustees met with the polish diplomats. He gave them information about the establishment history of the university and its activities so far. Ambassador Marek Calka emphasized that relationships between Poland and Azerbaijan are developing rapidly and he offered to hold a conference dedicated to the 100th anniversary of the establishment of two countries in future together in cooperation with Khazar University.

The Ambassador expressed his gratitude to the university administration for pleasant acceptance. The 3rd Secretary of the Embassy Anna Witak and Director of Media and PR Office Mr. Alovsat Amirbayli participated at the meetings.