Avropa Birliyi və Azərbaycan münasibətlərinə həsr olunmuş Jan Monne konfransı Jean Monnet Conference on the EU-Azerbaijan Relations

2017/05/15

2017-ci il  mayın 10-da Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər kafedrası və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Günü ərəfəsində Avropa Birliyi və Azərbaycan münasibətlərinə həsr olunmuş Jan Monne konfransı keçirildi.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbir iştirakçılarını salamladı və universitetin beynəlxalq əməkdaşlığının önəmini vurğuladı.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayındakı Brüssel səfərindən sonra Avropa Birliyi ilə Azərbaycanın ikitərəfli münasibətlərində irəliləyişin baş verdiyini və Yeni Hərtərəfli Saziş üzrə danışıqlar aparılacağını söylədi. O, məlumat verdi ki, danışıqlar üçün Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş ilkin sənədin layihəsi tərəflər arasında qarşılıqlı hörmət prinsiplərini əks etdirir. Denis Daniilidis Avropa Parlamenti və Milli Məclis arasındakı parlament əməkdaşlığının bərpa olunmasınını da nəzərə çatdırdı.

Xarici İşlər Nazirliyinin Avropa Birliyi üzrə əməkdaşlıq şöbəsinin müdiri Orxan Zeynalov təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açdı. O, Cənub Qaz Dəhlizi üzrə irəliləyişləri vurğuladı. Saziş çərçivəsində sektorlar üzrə əməkdaşlıq üçün Əsas Vasitəçi vəzifəsinin icraçısı kimi Orxan Zeynalov məlumat verdi ki, ilk raundu 2017-ci il aprel ayının sonlarında Bakıda keçirilmiş danışıqlar konstruktiv xarakter daşımış və yeni sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün siyasi iradəni əks etdirmişdir.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi üçün Avropa Birliyi tərəfindən göstərilən dəstəyi  yüksək qiymətləndirdi. Xəzər Universitetinin beynəlxalq əməkdaşlıq layihələrində xüsusi fəallığını qeyd etdi. İxtisaslar üzrə dövlət standartlarının yenidən işlənib hazırlanması istiqamətində yeni ekspertlərin cəlb olunmasının nəzərdə tutulduğunu bildirdi.

Siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, Jan Monne Kürsüsü mükafatı laureatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Avropa inteqrasiyasını əhatə edən fənlər və elmi işlər barədə iştirakçıları məlumatlandırdı. Qeyd olundu ki, Jan Monne Avropa Seminarlar Seriyası da daxil olmaqla öz sahələrində nüfuz qazanmış ekspert, alim, tədqiqatçı və professorlar tərəfindən Avropa Birliyi problemlərini Azərbaycan auditoriyası ilə müzakirə etmək üçün kafedra tərəfindən mütəmadi qaydada bir sıra tədbirlər silsiləsi təşkil olunur. Muxtar Hacızadə, Avropa Birliyi və Azərbaycan cəmiyyətləri arasında anlaşmanın təşviq olunmasının önəmini və bu istiqamətdə görülən işləri xüsusi vurğuladı. 2014-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası və Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişin vacibliliyini qeyd etdi. O, Avropa Birliyinin Azərbaycanda öz nüfuzunu və sülhpərvər niyyətlərini sistematik şəkildə artırmağın əhəmiyyətini diqqətə çatdırdı. Təəssüflə qeyd olundu ki, Avropa Birliyinin qonşuluğundakı bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda Avropa resurs və informasiya mərkəzləri yoxdur. Muxtar Hacızadə daha çox təmaslara və keyfiyyətli kommunikasiyalara ehtiyac olduğunu xatırlatdı.

Konfransdan sonra politologiya, beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə Trans Adriatik Boru Xətti üzrə əməkdaşlığın gərgin müzakirə edildiyi “Avropa Birliyinin Nazirlər Şurasının simulyasiyası” təşkil olundu.

On May 10, 2017, the Department of Political Science and International Relations held a conference on the EU-Azerbaijan relations in the framework of Europe Day celebrations in cooperation with the European Union Delegation in Azerbaijan.

Prof. Hamlet Isakhanli, the founder of Khazar University, the Chairman of its Board of Directors and Truestees, welcomed the conference participants and highlighted the international cooperation projects of the university.

Mr. Denis Daniilidis, theFirst Counselor of the EU Delegation to Azerbaijan, stressed the positive trend in bilateral relations between the EU and Azerbaijan boosted by the visit of President Ilham Aliyev to Brussels in February 2017 and spoke about the launch of negotiations for a New Comprehensive Agreement. He informed the audience that the first draft text of negotiations originated from the Azerbaijani government which reflects the principles of differentiation and mutual respect between both sides. Mr. Daniilidis also welcomed the resumption of the inter-parliamentary cooperation between the European Parliament and Milli Mejlis of Azerbaijan.

Mr. Orkhan Zeynalov, Head of Division for Cooperation with the EU at the Azerbaijani Ministry of Foreign Affairs, talked about the prospects of bilateral cooperation in areas such as education and science. Mr. Zeynalov also underscored the progress on the Southern Gas Corridor. In his capacity as the Key Negotiator for the part of the agreement on sectorial cooperation, Mr. Zeynalov informed that the first round of negotiation that took place in Baku in late April, 2017 was very constructive and reflected the political willingness of both sides to enhance cooperation in new areas.

Ms. Vusala Gurbanova, Senior Adviser of the Department of Science, Higher and Secondary Education at the Ministry of Education, highly appreciated the support of EU for the internationalization of the higher education in Azerbaijan. She noted that Khazar University is particularly active in international cooperation projects. Ms. Gurbanova also informed the audience about the activities carried out to improve the university study programs.

Dr. Mukhtar Hajizada, Jean Monnet Chair and the Head of the Department of Political Science and International Relations informed the participants about the EU-related courses and research at the department. He informed that the department regularly hosts a series of events, including the one titled European Seminars, delivered by authoritative experts, practitioners, scholars and professors in EU matters to share their expertise with the Azerbaijani audience. Dr. Hajizada highlighted the necessity of promoting the understanding between the communities in the EU and Azerbaijan and welcomed the activities carried out to improve the existing sufficient conditions for it. He mentioned the importance of the agreement between the European Union and the Republic of Azerbaijan on the facilitation of the issuance of visas which came into effect in 2014. He drew attention to the importance of EU`s increasing its influence and peaceful intentions in Azerbaijan. Unlike many countries in the neighborhood, there is no EU Resource and Information Centre in Azerbaijan. Therefore Dr. Hajizada mentioned the need for more quantitative interactions and more qualitative communications.

The conference followed by the Model European Union simulation on “Negotiation and Decision Making in the European Council” by the students of departments of Political Science, International Relations and European Studies on energy cooperation and TAP project.