İran Mədəniyyət Mərkəzinin sədri Xəzər Universitetini ziyarət etdi Head of the Cultural Center of Iran Visits Khazar University

2017/05/15

2017-ci il mayın 2-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Xəzər Universitetini ziyarət etdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Mədəniyyət Mərkəzinin sədrini səmimi salamladı. Ona Xəzər Universiteti haqqında və İran Mədəniyyət Mərkəzi ilə birgə görülən işlər haqqında məlumat verdi. Ə.Farsi gələcəkdə Mədəniyyət Mərkəzi ilə birgə maraqlı mədəni tədbirlərin keçirilməsi üçün Xəzər Universitetindən köməklik göstərilməsini xahiş etdi.

Xatirə şəkilləri çəkildi.

On May 2, 2017, Asger Farsi, the Head of the Cultural Center of Iranian Embassy in Azerbaijan visited Khazar University. Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, greeted guests, and gave information about Khazar University, joint works done in coorperation with Cultural Center of Iran. Asger Farsi asked for support from Khazar University to hold various cultural events in future.

Memory photos were taken.