2017-ci il aprelin 20-dən 21-dək Xəzər Universiteti və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilaçılığı ilə universitetin “Neftçilər” korpusunda “Müqayisəli ədəbiyyat və mədəniyyət: təkrarlanan mədəniyyətlərdə prototiplər və genomlar” adlı elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq qonaqları salamladı. Sonra Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının prezidenti professor Rəhilə Qeybullayeva qonaqlara konfrans haqqında geniş məlumat verdi. Daha sonra ədəbiyyat və mədəniyyətin müxtəlif sahələri ilə əlaqədar məruzələr dinlənildi. Konfransda Finlandiyadan, Türkiyədən, Rusiyadan alimlər iştirak edirdilər.

On April 20-21, 2017,a  scientific-practical conference entitled “Comparative Literature and Culture: Prototypes in Recycling Cultures and Cultural Genomes” was held at “Nefchiler”campus of Khazar University with the coordination of Khazar University and Azerbaijan Comparative Literature Association. Professor Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, welcomed guests by opening the conference with introductory remarks. Then, Professor Rehile Geybullayeva, the president of Azerbaijan Comparative Literature Association gave detailed information to the guests about the conference. Later, lectures related to various spheres of literature and culture were presented. Scientists from Finland, Turkey and Russia took part at the conference.