Martın 17-də Xəzər Universitetində Novruz bayramı münasibətilə musiqili-əyləncəli tədbir keçirildi. Universitetin Neftçilər kampusunun geniş həyətində tonqal qalanmış, bayram süfrəsi açılmışdı. Bayram şənliyində universitetin rəhbərliyi, əməkdaşları və tələbələr iştirak edirdilər.

Universitetin Tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyev və Tələbə məclisinin prezidenti Qurban Əsgərov iştirakçılrı təbrik etdilər. M. Nuriyev bayram tonqalını yandırandan sonra Novruz şənliyi başlandı. Ramal Azaflı sazda aşıq havası, universitetin magistr tələbəsi Elçin Fərzəliyev mahnı ifa etdilər. Əməkdaşlar və tələbələr rəqs edib, əyləndilər.

Novruz şənliyi xoş əhval-ruhiyyə ilə başa çatdı.

On March 17, 2017, the Novruz holiday was celebrated in the courtyard of the Neftchilar campus of Khazar University. The celebration included a bonfire and a tea party. The party was attended by the university adminitration, staff members and students. Speeches were made by Prof. Mahammad Nuriyev, Vice President for Academic Affairs, and Gurban Askerov, President of Khazar University Student Union. After Prof. Nuriyev lit a holiday bonfire, students and staff enjoyed music and dancing.  Ramal Azafli performed a song on the saz. Elchin Feyzullayev, Khazar University graduate student, also sang a song.

The celebration ended in a pleasant atmosphere.