2017-ci il martın 3-də Xəzər Universitetində Lyon 2 Universitetinin nümayəndələri ilə görüş keçirildi. Görüşün əsas məqsədi iki universitet arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək idi.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru Hassan Niknafs, Tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyev, dekanlar və digər heyət üzvləri iştirak edirdilər. Hamlet İsaxanlı qonaqları salamladıqdan sonra universitetinin İnkişaf direktoru Raziyə İsayeva Xəzər Universiteti haqqında məruzə ilə çıxış etdi. Lyon 2 Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Jim Walker isə öz universiteti haqqında görüş iştirakçılarına məlumat verdi.
Görüşün sonunda iki universitet arasında anlaşma memorandumu imzalandı.
On March 3, 2017, a meeting with the representatives of Lyon 2 University was held at Khazar University. The main objective of the meeting was to discuss the perspectives on future collaboration between the two universities. The meeting was attended by Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; President Hassan Niknafs; Mahammad Nuriyev, Vice Rector for Academic Affairs; deans and other staff members. After Hamlet Isaxanli’s welcoming remarks, Raziya Isayeva, Development Director of Khazar University, made a presentation about Khazar University. Jim Walker, Vice Rector for International Relations of Lyon 2 University, informed the meeting participants about Lyon 2 University.
At the end of the meeting, a memorandum of understanding was signed.