Mərakeş səfiri Xəzər Universitetində oldu Ambassador of Morocco Visits Khazar University
2017-ci il yanvarın 24-də Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri cənab Mohamed Adil Embarch Xəzər Universitetində oldu və universitet rəhbərliyi ilə görüşdü. Xəzər Universitetin “Neftçilər” korpusunda baş tutan bu görüşdə səfiri birinci müşaviri cənab Anis Zaidi müşaiət edirdi. Görüşdə Xəzər Universitetinin təsisçisi, Dirketorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Hassan Niknafs, Tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyev, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Təhsil fakültəsinin dekanı Elza Səmədova, Siyasi elmlər və beynəlxalq əlaqələr departamentinin müdiri Muxtar Hacızadə və Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova iştirak edirdilər.
Səfir təmsil etdiyi ölkə, Azərbaycan-Mərakeş əlaqələri, iki ölkənin adət-ənənələri arasında oxşarlıqlardan danışdı. Daha sonra Turan Cəfərova Xəzər Universiteti haqqında qısa təqdimatla çıxış edərək, universitetin tarixi, Azərbaycanda və ondan kənarda reytinq sistemlərində yeri, fakültələr, təklif olunan proqramlar, universitetin beynəlmilələşdirmə siyasəti və s. haqqında məlumat verdi. Professor H.İsaxanlı Mərakeş səfirliyi, eləcə də, Mərakeş universitetləri ilə yaxın əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.
Görüşdən sonra nahar verildi.
On January 24, 2017, the Ambassador of the Kingdom of Morocco to the Azerbaijan Republic, Mr. Mohamed Adil Embarch, visited Khazar University to meet with the university administration. The ambassador was accompanied by his first secretary Mr. Anis Zaidi. The meeting was held on the university’s Neftchilar campus. Khazar University’s participants included Professor Hamlet Isaxanli, Founder, Chairman of the Board of Directors and Trustees; President Hassan Niknafs; Prof. Mahammad Nuriyev, Vice-Rector for Academic Affairs; Dr. Jabir Khalilov, Dean of the School of Humanities and Social Sciences; Dr. Elza Samadli, Dean of the School of Education; Dr. Mukhtar Hajizada, Head of Department of Political Science and International Relations, Turan Jafarova, Director of International Affairs Office.
Mr. Mohamed Adil Embarch spoke about Morocco, relations between Azerbaijan and Morocco, similarities between the countries, their customs, traditions, and culture. Turan Jafarova gave a brief presentation about Khazar University, its history, schools and programs, ranking among other universities in and outside of Azerbaijan as well as about its internationalization strategy. Prof. Hamlet Isaxanli expressed a strong interest in close collaboration with the Embassy of Morocco and universities in Morocco. The meeting was followed by an informal lunch.