Əməkdaşımızın “Xəzər”də əmək fəaliyyətini başa çatdırması münasibətilə tədbir Farewell Party for Khazar Staff Member

2017/01/30

Dekabrın 29-da Xəzər Universitetinin Mədəniyyət mərkəzində universitetin Direktorlar və Qəyyumlar Şurası sədrinin assistenti Marta Lourinin “Xəzər”də əmək fəaliyyətini başa çatdırması və vətəni ABŞ-a yola salınması münasibətilə tədbir keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşlar və qonaqlar iştirak edirdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, Marta Lourinin yeddi il ərzində “Xəzər”dəki fəaliyyətini yüksək dəyərləndirdi, onun işgüzar, çalışqan, məsuliyyətli işçi olduğunu nəzərə çatdırdı, şəxsi keyfiyyətlərindən danışdı. Universitetin Multimedia mərkəzinin Marta Louri haqqında hazırladığı slayd-şou nümayiş etdirildi.

Digər çıxış edənlər – universitetin rektoru Hassan Niknafs, prorektor İsaxan İsaxanlı, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Məzunlarla iş mərkəzinin direktoru Baba Bayramlı, Təhsil fakültəsinin müəllimi Qoşqar Məhərrəmov və AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi Marta Lourinin əmək fəaliyyətinin müxtəlif cəhətlərindən və şəxsi məziyyətlərindən söz açdılar.

Marta Louriyə gül dəstəsi, hədiyyələr və  “Xəzər”dəki fəaliyyəti haqqında sertifikat təqdim olundu. Marta Louri çıxış edərək, universitetin rəhbərliyinə və əməkdşlarına təşəkkürünü bildirdi.

Tədbir musiqi nömrələri ilə müşayiət olundu.

On December 29, 2016, a party was held in the Cultural Center of Khazar University to send off Martha Lawry, Assistant to Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, as she completed her time at Khazar and prepared to leave the country. Participants in the event included university administrators, employees and guests.

Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made a speech in which he highly evaluated Martha’s service during her 7 years at Khazar. He spoke about her personal characteristics and noted that she is a hard-working, responsible employee. The University Multimedia Center presented a slideshow that they had prepared for Martha.

Other speeches were made by President Hassan Niknafs; Vice President Isakhan Isakhanli; Dr. Jabir Khalilov, Dean of the School of Humanities and Social Sciences; Alovsat Amirbeyli, Director for Public Relations and Media; Baba Bayramli, Director of the Center for Alumni Relations; Goshgar Maharramov, instructor of the School of Education; and Solmaz Rustamova-Tohidi, Senior Researcher of the Ziya Bunyadov Oriental Studies Institute of Azerbaijan National Academy of Sciences.

Martha Lawry was given a bouquet, various gifts and a certificate of appreciation. She made a speech thanking the university administration and employees. The event included musical performances.